İsrail ordusu Qəzzanın Rəfah şəhərinə zərbələr endirib

Dünya

12.02.2024 - 09:27

cedabet dərman SEO Xidməti

"Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Əl-Şəbura məhəlləsindəki terrorçuların hədəflərinə bir sıra zərbələr endirib"

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Əl-Şəbura məhəlləsindəki hədəflərə zərbələr endirib. AYNA xəbər verir ki, bu barədə ordunun “Telegram” kanalında məlumat yerləşdirilib.

"Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Əl-Şəbura məhəlləsindəki terrorçuların hədəflərinə bir sıra zərbələr endirib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, fevralın 10-da İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərində HƏMAS hərəkatının məhv edilməsi əməliyyatı martın 10-dək başa çatdırılmalıdır.

Netanyahu əməliyyatın 2024-cü ildə martın 11-dən aprelin 9-na təsadüf edən müqəddəs Ramazan ayı başlamazdan əvvəl başa çatdırılmasını əmr edib. Bundan əlavə, Baş nazir hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərindən bir milyondan çox insanın təxliyəsi planını təqdim etməyi tapşırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş