“Yaxın günlərdə əməliyyat genişlənəcək və intensivləşəcək"
İsrail ordusu Qəzza şəhərinin 40 faizinə nəzarəti ələ keçirib və hücumlarını davam etdirmək niyyətindədir.
AYNA.AZ “The Times of Israel”a istinadən xəbər verir ki, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin rəsmi sözçüsü, briqada generalı Efi Defrin bildirib.
"Bu gün Qəzza şəhərinin 40 faizini nəzarətimizdə saxlayırıq. Yaxın günlərdə əməliyyat genişlənəcək və intensivləşəcək", - o deyib.
Ordu sözçüsünə görə, İsrail Fələstinin radikal HƏMAS hərəkatının silahlı birləşmələrinə hücumunu daim artırmaq niyyətindədir.
"HƏMAS məğlub olana qədər ona təzyiqləri artıracağıq. Onları hər yerdə təqib edəcəyik", - general vurğulayıb.