İsrail Müdafiə Ordusu: "Hizbullah"ın cənub cəbhəsi komandanı öldürülüb

Dünya

28.09.2024 - 15:32

Həkimlər Klinikalar SEO Xidməti

Əli Karaxi “Hizbullah”ın baş katibi Həsən Nəsrullah ilə birlikdə ölüb

İsrail Müdafiə Ordusunun “Hizbullah”ın Livanın paytaxtı Beyrutda yerləşən mərkəzi qərargahını bombalaması nəticəsində qruplaşmanın cənub cəbhəsinin komandanı Əli Karaxi də ölüb.

AYNA “News.ru.co”ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Əli Karaxi “Hizbullah”ın baş katibi Həsən Nəsrullah ilə birlikdə ölüb.

Məlumata görə, bombardman nəticəsində “Hizbullah”ın başqa yüksək vəzifəliləri də ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş