İsrail İranın nüvə obyektlərinə zərbələr endirə bilər

Dünya

13.12.2024 - 12:04

Həkimlər Klinikalar SEO Xidməti

Müxtəlif kəşfiyyat və müdafiə strukturları arasında məsləhətləşmələr aparır

İsrail ordusu (İDF) hesab edir ki, Suriyaya uğurlu kütləvi zərbələrdən sonra onların İrandakı nüvə obyektlərinə zərbələr endirmək imkanı var. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə orduya məxsus “Qaley İDF” radiosu məlumat yayıb.

Bildirilib ki, İsrailin müxtəlif hərbi strukturları, o cümlədən ordu, ölkənin siyasi rəhbərliyinə Tehrana qarşı fəaliyyət variantlarını təqdim etmək üçün müxtəlif kəşfiyyat və müdafiə strukturları arasında məsləhətləşmələr aparır.

Radio iddia edir ki, İsrail ordusunun hesablamalarına görə, bir vaxtlar güclü olan Suriya hava hücumundan müdafiə sistemi İsrail Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra 80%-dən çox məhv edilib. Əvvəllər Suriyanın hava hücumundan müdafiə sistemləri yəhudi dövlətinin aviasiyasına ciddi təhlükə yaradırdı, lakin indi vəziyyət dəyişib və Suriyanın hava məkanı faktiki olaraq uçuşlar üçün açıqdır.

Bundan əvvəl İsrail ordusu Suriyaya kütləvi aviazərbələr endirdiyini bildirərək, müəyyən edilmiş yer-hava raketləri və təyyarələr də daxil olmaqla bir çox digər silah ehtiyatlarının 90%-dən çoxunu məhv etdiyini açıqlayıb.

Müəllif: Ayna.az