İsrail İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir

Dünya

05.08.2024 - 12:19

Həkimlər Klinikalar SEO Xidməti

İsrailin Baş naziri ordunun rəhbərliyi və kəşfiyyat xidmətləri ilə görüş keçirib

İsrail rəhbərliyi Tehrandan hücum qaçılmaz olarsa, İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Bildirilib ki, avqustun 4-ü axşam saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ordunun rəhbərliyi və kəşfiyyat xidmətləri ilə görüş keçirib. Bu toplantının iştirakçıları arasında müdafiə naziri Yoav Qalant, İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar da olub.

Nəşrin məlumatına görə, görüş zamanı qeyd edilib ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əminlik olduqda mümkün ola bilər.

“Axios” portalı daha əvvəl mənbələrə istinadən xəbər verib ki, ABŞ dövlət katibi Antoni Blinken “Yeddilik” qrupunun xarici işlər nazirlərinə İran və Hizbullahın yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş