İsrail hərbi əməliyyatları bir neçə saatlıq dayandıra bilər

Dünya

02.11.2023 - 00:34

cedabet dərman SEO Xidməti

Atəşkəslə bağlı danışıqlar hələ müzakirə olunmur

İsrail hərbi əməliyyatları bir neçə saatlıq dayandıra bilər. AYNA-nın məlumatına görə, bu barədə "Politico" qəzeti İsrail rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail bununla bağlı müzakirələr aparmağa hazırdır. Söhbət humanitar yüklərin daşınması üçün hərbi əməliyyatlarda fasilədən gedir.

Bununla belə, qəzet yazır ki, atəşkəslə bağlı danışıqlar hələ müzakirə olunmur.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş