Qoşunlar çıxarıldıqdan sonra xəstəxana ərazilərində və ətraf küçələrdə onlarla cəsəd tapılıb
İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Fələstinin Qəzza zolağında hərbi əməliyyat keçirdikdən sonra Əl-Şifa tibb kompleksini tərk edib. AYNA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail qoşunları təxminən iki həftə davam edən hərbi əməliyyatdan sonra Əl-Şifa kompleksi və onun ətrafından tamamilə geri çəkilir.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu martın 31-də keçirdiyi mətbuat konfransında bildirib ki, hərbçilər martın 18-də Əl-Şifa Tibb Mərkəzində başlayan əməliyyat zamanı 200-dən çox silahlı radikalı məhv ediblər. Baş nazirin sözlərinə görə, bu xəstəxana “HƏMAS terrorçularının mərkəzi qərargahına” çevrilib.
Telekanalın məlumatına görə, tibb kompleksinin binaları yandırılıb və ya yararsız hala salınıb. Dağıntıların miqyası çox böyükdür. Qoşunlar çıxarıldıqdan sonra xəstəxana ərazilərində və ətraf küçələrdə onlarla cəsəd tapılıb.