İsrail əsgərləri Qəzzada 5 girovun cəsədini tapıblar

Dünya

25.12.2023 - 12:03

cedabet dərman SEO Xidməti

Onların ölüm şəraiti məhkəmə-tibbi ekspertizanın rəyindən sonra ictimaiyyətə açıqlanacaq

İsrail hərbçiləri oktyabrın 7-də İsrailə hücum zamanı oğurlanmış beş girovun cəsədini tapıblar. AYNA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında bildirilib.

Qeyd olunub ki, cəsədlər Qəzza zolağının şimalında Cəbəliyə düşərgəsinə nəzarəti ələ keçirmək üçün keçirilən əməliyyat zamanı aşkar edilib.

Onların ölüm şəraiti məhkəmə-tibbi ekspertizanın rəyindən sonra ictimaiyyətə açıqlanacaq.

Əməliyyat zamanı HƏMAS üzvlərinin istifadə etdiyi çoxsəviyyəli tunellər şəbəkəsi də aşkar edilib. Sözügedən infrastruktur İsrail hərbçiləri tərəfindən məhv edilib.

Dekabrın ortalarında İsrail hərbçilərinin HƏMAS-ın əsirliyindən qaçan 3 nəfəri öldürdüyü bildirilirdi.

Ümumilikdə, İsrail tərəfinin məlumatına görə, HƏMAS oktyabrın 7-də 240 nəfəri girov götürüb, onlardan bəziləri azad edilib, bəziləri öldürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş