İspaniyanın Baş naziri: “Fələstin dövlətini tanımaq qərarına gəldik”

Dünya

22.05.2024 - 16:41

Həkimlər Klinikalar SEO Xidməti

“Mayın 28-də Nazirlər Şurası Fələstin dövlətinin tanınmasını təsdiq edəcək”

İspaniya Fələstin dövlətini tanımaq qərarına gəlib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Deputatlar Konqresində (parlamentin aşağı palatası) İspaniyanın Baş naziri Pedro Sançes bildirib.

“Gələn çərşənbə axşamı, mayın 28-də İspaniya Nazirlər Şurası Fələstin dövlətinin tanınmasını təsdiq edəcək”, - deyə Baş nazir qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Norveç və İrlandiya Fələstinin müstəqilliyini rəsmən tanıdığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş