Qəzada ölənlərin sayı 39-a çatıb - 170 nəfər yüngül xəsarət alıb, 51 nəfər ağır yaralanıb
İspaniyanın Kordoba əyalətində iki sürət qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb. AYNA.AZ xəbər verir kui, bu barədə İspaniyanın EFE xəbər agentliyi məlumat yayıb.
Sərnişin qatarlarından birinin maşinisti ölüb.
Bildirilib ki, qatarlarda 170 nəfər yüngül xəsarət alıb, 51 nəfər ağır yaralanıb.
İspaniya nəqliyyat naziri Oskar Puente iki qatarın iştirak etdiyi qəzanı "qəribə" adlandırıb . O bildirib ki, hadisə 2025-ci ilin may ayında təmir edilmiş dəmir yolunun bir hissəsində baş verib.
Qəzanın səbəbləri araşdırılır.