İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub

Xəbərlər

24.01.2024 - 12:41

Yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilib

İsmayıllı-Lahıc yolunda nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, sözügedən yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilib.

Bildirilib ki, bu istiqamətdə işlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş