Təşkilatçının üç əlbirçisi də həbs edilib
Pakistan təhlükəsizlik qüvvələri İslamabadda məscidin yaxınlığında baş verən və 30-dan çox insanın ölümünə səbəb olan terror hücumunun təşkilatçısını saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “The News” məlumat yayıb.
Qəzetin məlumatına görə, təşkilatçının üç əlbirçisi də həbs edilib.
Cinayətkarların tutulması əməliyyatı ölkənin şimal-qərbindəki Xayber Paxtunxva əyalətində həyata keçirilib.
Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, hücumun təşkilatçısı İŞİD terror qruplaşması ilə əlaqəli olub və Əfqanıstanda təlim keçib.
Terrorçuların həbsi zamanı bir təhlükəsizlik işçisi həlak olub, üç nəfər yaralanıb.
Xatırladaq ki, 6 fevralda baş verən terror hücumunda ən azı 31 nəfər həlak olub, daha 169 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.