İrqçilik edən sürücü işdən qovulub

Dünya

17.12.2019 - 20:45

Həkimlər Klinikalar SEO Xidməti

Onun avtobusun pəncərəsinə yazdığı cümlə narazılığa səbəb olub

 

Almaniyanın Drezden şəhərində bələdiyyə avtobusunu idarə edən sürücü, irqçilik ittihamları ilə vəzifəsindən azad olunub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, sürücünün avtobusunun pəncərəsinə “Bu avtobusu bir alman sürücüsü idarə edir” yazdığı sözlər vətəndaşlar tərəfindən narazılığa səbəb olub.

Almaniyanın Drezden Avtomobil İdarəetmə Dairəsinin sözçüsü yerli mətbuata verdiyi açıqlamada, sürücünün münasibətini birmənalı qarşılamadıqlarını və buna görə də sürücünü işdən uzaqlaşdırdıqlarını deyib.

 

Sürücüdən şikayət edən sərnişinlər, son illərdə bu cür irqçilik hallarına tez-tez rast gəldiklərini bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş