Bələdiyyə sədrinin otağına 7 güllə atılıb
İrəvanda naməlum şəxs Nor Nork rayon bələdiyyəsinin binasının pəncərəsinə atəş açıb. AYNA erməni mediasına istinadən bildirir ki, fevralın 20-də saat 09:00 radələrində polisə naməlum şəxsin Nor Norkun bələdiyyə sədri Tiqran Ter-Marqaryanın otağının pəncərəsinə bir neçə dəfə atəş açması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn polislər pəncərədə 7 güllə dəlikləri aşkar ediblər. Həyətdə olan “Nissan” markalı avtomobilin də pəncərəsində güllə izi olub.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları araşdırma aparır.