İrəvanda 15 hərbçinin ölümünə etiraz olaraq aksiya keçirilib

Dünya

24.01.2023 - 15:26

"Sizin oğlunuz növbəti qurban olmamalıdır!"

Ermənistanın paytaxtı İrəvanda hökumət binası önündə "Sizin oğlunuz növbəti qurban olmamalıdır!" çağırışı altında aksiya keçirilib.

AYNA erməni mediasına istinadən bildirir ki, aksiya iştirakçıları ötən həftə hərbi hissədə 15 hərbçinin ölümünə səbəb olmuş yanğına görə günahkarların cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, yanvarın 19-da Ermənistanın Qeqarkunik rayonunun Azat kəndində hərbi hissədə kazarmada yanğın nəticəsində 15 əsgər yanaraq ölüb.

Müəllif: Ayna.az