İrəvan məhkəməsi Karapetyanın həbs müddətini uzadıb

Dünya

15.08.2025 - 16:05

“Təəssüf ki, məhkəmə Samvel Karapetyanın həbs müddətini 2 ay uzadıb”

İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi rusiyalı biznesmen Samvel Karapetyanın həbs müddətini uzadıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə biznesmenin vəkili Aram Vardevanyan deyib.

“Təəssüf ki, məhkəmə Samvel Karapetyanın həbs müddətini 2 ay uzadıb”, - vəkil bildirib.

O əlavə edib ki, müvəkkilinə qarşı irəli sürülən ittihamları əsassız hesab edirlər.

İyun ayında “Taşir” Şirkətlər Qrupuna rəhbərlik edən Samvel Karapetyan Ermənistanda saxlanılaraq həbs edilib. İş adamı respublikada hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham olunur.

Karapetyan təqsirini boynuna almır. Avqustun 11-də apellyasiya məhkəməsi iş adamının həbsini qanunsuz hesab edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş