İraqda yol qəzasında azı 18 nəfər həlak olub

Dünya

02.09.2023 - 17:22

Bağdadın şimalında iki mikroavtobus toqquşub

Bağdadın şimalında baş verən yol qəzasında əksəriyyəti iranlı zəvvarlar olmaqla azı 18 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) xəstəxanadakı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, cümə günü gecə yarısına az qalmış iki mikroavtobus toqquşub. Ölənlər arasında 14 nəfər İran vətəndaşı var. Daha 15 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş