Bölgədə komendant saatı tətbiq edib
İraqda kütləvi iğtişaşlar baş qaldırıb. AYNA xəbər verir ki, bu barədə Şəfəq Xəbər Agentliyi məlumat yayıb.
İraqın şimalındakı Kərkük əyalətində keçirilən etiraz aksiyaları zamanı bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Ölkə hakimiyyəti bölgədə komendant saatı tətbiq edib.
İğtişaşların hökm sürdüyü bölgələrdə təhlükəsizliyin təmin edilməsi üçün genişmiqyaslı əməliyyat da başlanılıb.