İranlı nazir İsraili qaz kəmərində təxribat törətməkdə ittiham edib

Dünya

21.02.2024 - 15:21

Həkimlər Klinikalar SEO Xidməti

“Uğursuz olan və borunun bir neçə qolunu zədələyən bu sui-qəsd qəsbkar İsrailin işi idi”

İranın neft naziri Cavad Oudji fevralın 14-də magistral qaz kəmərində baş verən partlayışda İsraili günahlandırıb. AYNA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Oudji hökumətin idarə heyətinin iclası zamanı deyib ki, mütəxəssislər operativ şəkildə zədələnmiş hissənin bərpası üçün işlərə başlayıb və qaz kəməri hazırda tam işlək vəziyyətdədir.

“Uğursuz olan və borunun bir neçə qolunu zədələyən bu sui-qəsd qəsbkar İsrailin işi idi”, - deyə nazir bildirib.

Nazir insident nəticəsində ölkənin heç bir yaşayış məntəqəsinə ziyan dəyməməsini “xoşbəxt təsadüf” adlandırıb.

Qeyd edək ki, fevralın 14-də İranın Borujen şəhərində “Line 65” qaz kəmərində partlayış baş verib.

Müəllif: Ayna.az