İranın tanınmış din xadimi vəfat edib

Dünya

09.12.2020 - 22:20

Yəzdi Dini Ekspertlər Şurasının bir müddət sədri olub

 

İran Dini Ekspertlər Şurasının 89 yaşlı üzvü ayətullah Məhəmməd Yəzdi vəfat edib.

 

AYNA İran KİV-inə istinadən xəbər verir ki, o, bir müddət əvvəl həzm sistemindəki xəstəliklə bağlı hospitala yerləşdirilib.

 

M.Yəzdi Dini Ekspertlər Şurasının bir müddət sədri olub.

 

Qeyd edək ki, ayətullah Məhəmmədtağı Mesbah Yəzdi 1934-ci il yanvarın 31-də İranın Yəzd şəhərində anadan olub. O, 1952-1960-cı illərdə Qum şəhərində fiqhi öyrənib. İslam inqilabının ideoloqlarından sayılır. Ayətullah Ruhullah Xomeyninin yaxın silahdaşı olub. On il müddətinə məhkəmə hakimiyyətinə sədrlik edib.

Müəllif: Ayna.az