Tehranın təqdim etdiyi məlumatlarda vaxt və dəqiq hədəflə bağlı konkret təfərrüatlar olmayıb
İran Moskvadakı “Crocus City Hall” konsert zalına hücumdan əvvəl Rusiyaya terror aktı təhlükəsi ilə bağlı xəbərdarlıq edib. AYNA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Nəşr vurğulayıb ki, Tehranın təqdim etdiyi məlumatlarda vaxt və dəqiq hədəflə bağlı konkret təfərrüatlar olmayıb.
Tehranın İranın Kirman şəhərinə hücumla bağlı şübhəlilərdən məlumat aldığı bildirilir.
Bundan əvvəl “The New York Times” Avropa və Amerika təhlükəsizlik xidmətlərinin rəsmilərinə istinadən yazıb ki, ABŞ kəşfiyyat orqanları “Crocus City Hall” konsert zalında gözlənilən terror aktı ilə bağlı bildikləri bütün məlumatları Rusiya ilə bölüşməyiblər.