İrandan xəbərdarlıq: Fars körfəzi dəniz dəniz yolları minalanacaq

Dünya

23.03.2026 - 16:11

“İrana düşmən olmayan istənilən ölkə Tehranla koordinasiyalı şəkildə Hörmüz boğazından keçə bilər”

ABŞ İran sahillərində və ya adalarında quru əməliyyatı keçirərsə, İran bütün Fars körfəzi dəniz yollarını minalayacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İslam Respublikasının Müdafiə Şurasının bəyanatında bildirilib.

"Düşmənin İran sahillərinə və ya adalarına müdaxilə etmək üçün etdiyi hər hansı bir cəhd, Fars körfəzində və sahil boyunca bütün dəniz yollarının və rabitə xətlərinin sahildən yerləşdirilə bilən üzən minalar da daxil olmaqla müxtəlif növ dəniz minaları ilə minalanmasına səbəb olacaq", - deyə qeyd olunub.

Bəyanatda həmçinin bildirilib ki, “İrana düşmən olmayan istənilən ölkə Tehranla koordinasiyalı şəkildə Hörmüz boğazından keçə bilər”.

"Düşmən olmayan ölkələrin Hörmüz boğazından keçməsinin yeganə yolu İranla koordinasiyadır", - bəyanatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş