İrandan narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Xəbərlər

10.07.2024 - 17:33

cedabet dərman SEO Xidməti

36 kiloqram 790 qram narkotik vasitə və 1200 ədəd “Metadon M – 40” həbinin qaçaqmalçılıqla Azərbaycana keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Qeyd olunub ki, iyul ayının 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə ( marixuana 34 kq 690 qram; tiryək 2 kq 100 qram) və 1200 ədəd “Metadon M – 40” həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş