İrandan narkotik keçirən şəxsin ayağı “ilişib”

Hadisə

25.12.2019 - 11:58

Həkimlər Klinikalar SEO Xidməti

Narkotik vasitə və psixotrop maddəni ayaqqabısında keçirməyə cəhd edib

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı şübhəli hərəkətlərinə görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının tərliklərinin altından 1 ədəd bağlamada ümumi çəkisi 18 qram olan narkotik vasitə - heroin, 2 ədəd bağlamada isə 126 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş