Hadisə yerinə FHN əməkdaşları cəlb olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.