Zərərçəkənlər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb
İranın şimal-qərbində zavodda baş verən partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, hadisə Tehranın cənub-qərbində yerləşən metallurgiya zavodunda baş verib. Zərərçəkənlər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlardan birinin vəziyyəti ağırdır. Hadisə yerinə 4 təcili yardım maşını göndərilib.