İranda virus qurbanlarının sayı yenə artır

Dünya

20.05.2020 - 18:45

cedabet Klinikalar SEO Xidməti

Ölkədə son 24 saatda 2346 nəfər koronavirusa yoluxub

 

İranda son sutka ərzində daha 64 nəfər koronavirusdan dünyasını dəyişib. AYNA xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur açıqlayıb.

 

Onun verdiyi məlumata görə, ölkədə son 24 saatda virusa yoluxanların sayı 2346 nəfər olub. Ümumi yoluxma faktı isə 126 949 nəfərə çatıb.

 

İran hökuməti virusla mübarizəni davam etdirsə də, artıq dördüncü aydır ki, yoluxma və ölüm sayı azalmır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş