İranda üç günlük matəm elan olunub

Dünya

12.01.2026 - 09:09

İranda etiraz aksiyalarında toqquşmalarda 500-dən çox insan ölüb

İran hakimiyyəti etiraz aksiyalarında həlak olanlar üçün üç günlük milli matəm elan edib. AYNA.AZ xəbər veeir ki, bu barədə “Reuters“ məlumat yayıb.

İran Prezidenti Məsud Pezeşkyanın matəmlə bağlı tədbirlərdə iştirak etmək niyyətində olduğu bildirilir.

Siyasətçi həmçinin vətəndaşları 12 yanvarda həmrəylik yürüşündə iştirak etməyə çağırıb.

Qeyd llunub ki, İranda etiraz aksiyalarında toqquşmalarda 500-dən çox insan ölüb.

Bu barədə hüquq müdafiə qruplarındakı mənbələrə istinadən “Reuters“ məlumat yayıb.

Tehran isə ABŞ Prezidenti Donald Trampın etirazçıların lehinə müdaxilə etmək qərarına gələcəyi təqdirdə ABŞ hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, İran 2022-ci ildən bəri ən böyük nümayişlərlə üzləşdiyi üçün Tramp dəfələrlə etirazçılara güc tətbiq olunarsa, müdaxilə edəcəyi ilə bağlı ölkə rəhbərliyini hədələyib.

İranın daxilində və xaricində fəallardan əldə olunan son rəqəmlərə görə, iki həftəlik aksiyalarda 490 etirazçı və 48 hüquq mühafizə orqanı əməkdaşı həlak olub, 10.600-dən çox insan isə həbs olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş