“Hökumət az oğurlasa, problemlər həll ediləcək”
İranın paytaxtı Tehranda bir qrup təqaüdçü etiraz aksiyası keçirib. AYNA xəbər verir ki, bu barədə “Azad Iran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları “Qanunların icrası bizim hüququmuzdur!”, “Pensiyaçı, haqqın təmin olunana qədər tələb et!”, “Nə parlament, nə də hökumət xalqı düşünür!”, “Problemimiz olacaq” şüarları səsləndiriblər.
Etirazşılar bildiriblər ki, hökumət az oğurlasa, problemlər həll ediləcək.