İranda Rusiyanın “Mir” ödəniş kartlarının qəbuluna başlanır

Dünya

22.04.2024 - 15:08

Diplomat: ““Mir” vasitəsilə rahat ödəniş prosesini təmin etmək üçün texniki detallar üzərində iş aparılır”

İran Rusiyanın “Mir” kartlarının qəbulu üzrə pilot layihəyə start verməyə hazırlaşır. AYNA xəbər verir ki, bu barədə “İzvestiya”ya İranın Rusiyadakı səfirliyinin ticarət attaşesi Möhsün Rəhimi bildirib.

Ölkədə rus “plastik”inin işinin qurulmasına dair ilk razılaşmalar 2022-ci ildə əldə edilib.

Rahimi əlavə edib ki, “Mir” vasitəsilə rahat ödəniş prosesini təmin etmək üçün texniki detallar üzərində iş aparılır.

Qeyd edək ki, Ermənistanın milli ödəniş və hesablaşma sistemi “ArCa” martın 30-dan etibarən “Mir” kartlarına xidmət göstərməyi dayandıracağını bəyan edib. “ArCa” sisteminə daxil olmayan “VTB Bank” (Ermənistan) bu kartlara xidmət göstərməyə davam edəcək.

Aprelin 3-dən Qırğızıstanın bütün bankları “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

Müəllif: Ayna.az