Məhəmməd Kadami: "İtkin düşən daha 3 alpinistin cəsədi tapılıb"
İranın qərbindəki Lorestan əyalətinin Oştorankuh dağ silsiləsində qar uçqunu nəticəsində 5 alpinist ölüb, 4 nəfər isə yaralanıb.
AYNA xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin başçısı Məhəmməd Kadami bildirib.
Bildirilib ki, noyabrın 25-də xilasedicilərin səyi nəticəsində itkin düşən daha 3 alpinistin cəsədi tapılıb.