Ölkədə koronavirusa yoluxanların ümumi sayı 120 198 nəfərə yüksəlib
İranda son sutka ərzində daha 1 869 nəfərdə koronavirus aşkarlanıb, 59 nəfər vəfat edib.
AYNA bildirir ki, bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur “IRINN” telekanalının efirində deyib.
Onun sözlərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 120 198-ə, bu virusdan ölənlərin sayı 7 359-a yüksəlib.
Bundan əlavə, 104 072 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.