Ölkədə pandemiyadan ölənlərin sayı 6418-ə çatıb
İranda koronavirusa yoluxanların sayı 101 min 650 nəfərə çatıb. AYNA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat verib.
Nazirliyinin sözcüsü Kiyanuş Cihanpur son 24 saat ərzində 78 nəfərin öldüyünü açıqlayıb və bununla da ölkədə pandemiyadan ölənlərin sayı 6418-ə çatıb.
Qeyd edək ki, İran koronavirusa yoluxan ölkələr sırasanda 9-cu pillədə qərarlaşıb.