Hakimiyyət saxlanılanların şəxsiyyəti və ya saxlanılma şəraiti barədə heç bir məlumat açıqlamayıb
İranda təhlükəsizlik xidmətləri etirazlar zamanı ən azı 3000 nəfəri saxlayıb. AYNA.AZ bildirir ki, bu barədə EFE agentliyi İran hökumət rəsmilərinə istinadən məlumat yayıb.
Saxlanılanların iğtişaşçılar və şübhəli terrorçular olduğu iddia edilir. Lakin İran hakimiyyəti həbslərin özü, saxlanılanların şəxsiyyəti və ya saxlanılma şəraiti barədə heç bir məlumat açıqlamayıb.
İranda etirazlar ötən ilin sonlarında iqtisadi vəziyyətin pisləşməsi, xüsusən də milli valyutanın kəskin şəkildə ucuzlaşması səbəbindən başlayıb.