İranda casusluqda şübhəli bilinən 500 nəfər həbs edilib

Dünya

16.03.2026 - 12:39

"Düşmənə və İran əleyhinə mediaya məlumat ötürən beş yüz casus saxlanılıb”

İranın hüquq-mühafizə orqanları düşmənlə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 500 nəfəri saxlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İslam Respublikasının polis rəisi Rza Radan deyib.

"Düşmənə və İran əleyhinə mediaya məlumat ötürən beş yüz casus saxlanılıb. Bu 500 nəfərdən 250-si hədəflərə zərbələr endirmək üçün məlumat verən, qruplarla əlaqə saxlayan və ictimai asayişi pozmağa cəhd edən əsas şəxslərdir ", - deyə o qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş