Sabah səhər saat 5:00-dək bütün reyslər təxirə salınıb
Yaxın Şərqdə gərginliyin artması əlaqədar İranda bütün təyyarə uçuşları oktyabrın 3-ü səhərə qədər dayandırılıb. AYNA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İran mülki aviasiya təşkilatının rəsmi nümayəndəsi deyib ki, uçuşların təhlükəsizliyi və regiondakı vəziyyət nəzərə alınaraq sabah səhər saat 5:00-dək (Bakı vaxtı ilə 05:30 - red.) bütün reyslər təxirə salınıb.
Qeyd edək ki, dünən gecə İran İsraili kütləvi raket atəşinə tutub. İsrail ordusunun Mətbuat Xidməti Təl-Əvivə, Qüdsə və digər ərazilərə 180-ə yaxın raket atdığını və onların bir çoxunun havada vurulduğunu bildirib. İsrail tərəfi bu hücumu cavabsız qoymayacağını bəyan edib.