İranda 4 nəfər ölüm cəzasına məhkum edilib

Dünya

27.09.2023 - 09:47

Məhkəmə saxta spirt istehsalı ilə bağlı iş üzrə dörd müttəhim haqqında ölüm hökmü çıxarıb

İran məhkəməsi saxta spirt istehsalı ilə bağlı iş üzrə dörd müttəhim haqqında ölüm hökmü çıxarıb. AYNA “Fars” agentliyinə istinadən bildirir ki, bu barədə İslam Respublikası məhkəmə sisteminin nümayəndəsi bildirib.

“Əlborz əyalətində spirtli içkilərin istehsalı və yayılması işi üzrə dörd müttəhim edam cəzasına məhkum edilib”, – deyə nümayəndə qeyd edib.

Qeyd edək ki,iyun ayında saxta spirtli içkidən kütləvi zəhərlənmə nəticəsində 17 İran vətəndaşı ölüb, daha 191 nəfər kor olub. Təqsirləndirilən şəxs müəyyən tibbi ləvazimat tədarükçülərindən spirtli içki alıb və onu digər inqrediyentlərlə qarışdıraraq satıb.

İranda İslam normalarına uyğun olaraq spirtli içkilərin həm istehsalını, həm də istehlakını qadağan edən qanun var. Ölkə vətəndaşları qanuni olaraq yalnız texniki və tibbi spirt ala bilərlər.

Müəllif: Ayna.az