İranda 2400 etirazçı və 153 hərbçi öldürülüb

Dünya

15.01.2026 - 15:39

"Human Rights Activists in Iran": 18 min 470 nəfər saxlanılıb

Son 18 gündə İranın 187 şəhərində ümumilikdə 617 etiraz aksiyası qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Human Rights Activists in Iran” etirazların 18-ci günündə verdiyi açıqlamasında qeyd edib.

Bildirilib ki, 18 min 470 nəfər saxlanılıb. Hadisələr zamanı 2.054 nəfər ağır yaralanıb. 2.615 ölüm faktı təsdiqlənib. Bu sıraya 2.435 etirazçı, o cümlədən 13 azyaşlı daxildir. Ölənlərin sayına etirazlarda iştirak etməyən 14 mülki şəxs daxildir.

Bu günlərdə 153 hərbçi və hökumətyönlü qüvvələrin nümayəndəsi öldürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş