Hücumlar nəticəsində iki yaşdan kiçik 41 uşaq da daxil olmaqla 2729 qadın və 1190 azyaşlı yaralanıb
ABŞ və İsrailin hücumları nəticəsində İranda 220-dən çox qadın və 200-dən çox azyaşlı həlak olub. AYNA.AZ İran mediasına istinadən bildirir ki, bu barədə İslam Respublikası Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Nazirliyin məlumatına görə, ABŞ və İsrailin hücumlarında ən azı 223 qadın və 18 yaşdan kiçik 202 uşaq, o cümlədən beş yaşdan kiçik 12 uşaq həlak olub. İki yaşdan kiçik 41 uşaq da daxil olmaqla 2729 qadın və 1190 azyaşlı yaralanıb.
Nazirlik həmçinin ölkənin səhiyyə infrastrukturuna ciddi ziyan dəydiyini bildirib. Atəş nəticəsində 152 tibb mərkəzinə və 32 təcili yardım maşınına ziyan dəyib və altı xəstəxanadan xəstələrin və işçilərin tamamilə təxliyə edilməsinə səbəb olub. On altı tibb işçisi vəzifə başında həlak olub.
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qalıb.