İngilis nazir İranda Ukrayna təyyarəsinin vurulmasını xatırladıb
İngiltərə vətəndaşlarına İrana təyyarə ilə sayahətlə bağlı xəbərdarlıq edilib. AYNA xəbər verir ki, xəbərdarlıq İngiltərənin Xarici İşlər naziri Dominik Raab tərəfinddən edilib.
D.Raab ölkə vətəndaşlarını ehtiyyatlı olmağa çağırıb: “İrana gedən və İrandan gələn təyyarələrə minməyin”.
İngilis nazir yazılı açıqlamısında İranda Ukrayna təyyarəsinin vurulmasını xatırladıb və mövcud ABŞ-İran gərginliyinə toxunub.
Xatırladaq ki, iki gün əvvəl İranın Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanı yaxınlığında Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi havaya qalxandan az sonra yerə çırpılıb. Vurulduğu iddia olunan təyyarə 176 sərnişin və o cümlədən təyyarə heyəti ilə birgə parça-parça olub.