“İranın müxalifləri münaqişənin növbəti, dördüncü mərhələsini birtəhər başlatmağa çalışacaqlar”
“İran İsrail və ABŞ ilə münaqişəsinin üçüncü mərhələsinə qədəm qoyur. Birinci və ikinci mərhələlər 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibə və Vaşinqton və Tel-Əvivin dəstəyi ilə İranda təşkil edilən son etirazlar olub”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi deyib.
Diplomat vurğulayıb ki, ABŞ və İsrail əvvəlki iki mərhələdə olduğu kimi, münaqişənin bu mərhələsində də “məğlub olacaqlar” və “nəticələrinin nə olacağını bilmirlər”.
“İranın müxalifləri münaqişənin növbəti, dördüncü mərhələsini birtəhər başlatmağa çalışacaqlar və ya nəhayət İslam Respublikası ilə qarşılaşmağın faydasız olduğunu anlayacaqlar”, - deyə qeyd edib.
Qərib-Abadi İranın nə ABŞ, nə də Qərb ölkələri ilə heç bir düşmənçiliyi olduğunu söyləyib: “Lakin əsas təhlükə İsraildən gəlir”.
Qeyd edək ki, 22 yanvarda ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin "ehtiyat üçün" İrana doğru hərəkət etdiyini bildirib. Bundan əvvəl o İrana hərbi müdaxilə variantının aradan qaldırılıb-qaldırılmadığı sualına qəti cavab verə bilməyib və gələcəkdə nələrin baş verəcəyini təxmin edə bilmədiyini bildirib.