İran və Qətər XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Dünya

16.08.2024 - 23:47

Həkimlər Klinikalar SEO Xidməti

Yaxın Şərqdə müharibəyə son qoymaq üçün birgə vasitəçilik səyləri nəzərdən keçirilib

Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani ilə danışıb. AYNA xəbər verir ki, bu barədə Qətərin dövlət xəbər agentliyi QNA məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar regionda baş verənlərlə bağlı fikir mübadiləsi aparmaqla yanaşı, ikitərəfli əməkdaşlığın perspektivləri barədə də danışıblar.

Tərəflər Yaxın Şərqdə müharibəyə son qoymaq üçün birgə vasitəçilik səylərini də nəzərdən keçiriblər.

Diplomatlar davam edən gərginliyin azaldılması və regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş