SEPAH rəhbəri: “Tehrana qarşı yönəlmiş istənilən hərəkət sərt cavabla nəticələnəcək”
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (İran Silahlı Qüvvələrinin elit bölməsi) təlim çərçivəsində uzaqmənzilli ballistik raketi sınaqdan keçirib. AYNA “Fars” agentliyinə istinadən bildirir ki, bu barədə SEPAH rəhbəri, general-leytenant Hüseyn Salami məlumat verib.
“SEPAH-ın bir sıra yeni nailiyyətləri var ki, bunlardan biri də İran Aerokosmik Qüvvələri ilə birlikdə hərbi gəmidən uzaqmənzilli ballistik raketin uğurla buraxılmasıdır”, - Salami vurğulayıb.
SEPAH rəhbəri bildirib ki, Tehrana qarşı yönəlmiş istənilən hərəkət sərt cavabla nəticələnəcək.