İran səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

Xəbərlər

26.02.2024 - 14:08

Diplomatik missiyanın "X" hesabında paylaşım edilib

İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib. AYNA xəbər verir ki, bununla bağlı diplomatik missiyanın "X" hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Bakıdakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azəırbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir", - paylaşımda qeyd olunub.

Müəllif: Ayna.az