“Konsulluğun yerləşdiyi bina Yerusəlimə atılan raket qalıqları nəticəsində zədələnib"
İran raketinin qalıqları ABŞ-ın İsraildəki konsulluğunun binasına zərər yetirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumatda deyilir: "İsraildəki Amerika konsulluğunun yerləşdiyi bina Yerusəlimə atılan raket qalıqları nəticəsində zədələnib".
Başqa heç bir məlumat verilməyib.
Bazar günü İran bölgədəki ABŞ hərbi infrastrukturunu, eləcə də komandanlıq və qərar qəbuletmə mərkəzlərini hədəf alan yeni raket zərbələri dalğasının başladığını elan edib.
Bəyanata görə, hücumlar super ağır raketlərdən istifadə edilərək həyata keçiriləcək.