"Xəzər dənizi bizim üçün Fars körfəzi qədər vacibdir"
İran İslam Respublikasının qonşu ölkələrlə siyasi, iqtisadi, mədəni və hətta təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək üçün proqramları var. AYNA.AZ xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Xəzəryanı ilə bağlı beynəlxalq konfransında deyib.
Xarici işlər naziri qeyd edib ki, "Xəzər dənizi bizim üçün Fars körfəzi qədər vacibdir".
Onun sözlərinə görə, Xəzəryanı dövlətlər birgə əməkdaşlığa başlayıblar və bu bölgənin ortaq anlaşmasını və əhəmiyyətini vurğulayıblar.
Nazir İran və Rusiya arasında strateji və vacib əlaqələrin mövcud olduğunu vurğulayıb və əlavə edib ki, İran Xəzər bölgəsindəki bütün ölkələrlə çox yaxşı münasibətlər saxlayır.