Bayraq müqəddəs şiə şəhəri sayılan Qumdakı Cəmkəran məscidi üzərində qaldırılıb
İran İsrailin zərbələri fonunda qırmızı “qisas bayrağı”nı qaldırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Bayraq müqəddəs şiə şəhəri sayılan Qumdakı Cəmkəran məscidi üzərində qaldırılıb.
Bildirilir ki, şiə ənənəsində qırmızı bayraqlar öldürülən şəxsin qisasını almaq çağırışını simvollaşdırır.
Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana raket zərbələri endirib. Daha sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlaminin öldürülüb.