İran “qara qutu”nu Ukraynaya verməkdən imtina edir

Dünya

31.05.2020 - 21:50

Həkimlər Klinikalar SEO Xidməti

“Qara qutu” böyük ehtimalla Fransaya göndəriləcək

 

İran səhvən vurduğunu bildirdiyi Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin “qara qutu”sundakı uçuş qeydlərini Ukraynaya təhvil verməkdən imtina edir. AYNA bu barədə xarici KİV-ə istinadən bildirir.

 

İranın belə bir qərar verməsi Ukrayna tərəfinin rəsmi Tehranın təkliflərinə gec cavab verməsi ilə əlaqələndirilir. Xarici mediaya sızan məlumatlara görə, “qara qutu” böyük ehtimalla Fransaya göndəriləcək.

 

Xatırladaq ki, bu il yanvarın 8-də İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bəyanat verərək, təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş