Müzakirələr Əbdülrəhim Musəvi və Abbas Əraqçinin iştirakı ilə baş tutub
İran Məclisi (birpalatalı parlament) son hadisələri, danışıqlar prosesini, ölkənin müdafiə və milli təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün qapalı iclas keçirib. AYNA.AZ “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə parlament sözçüsü Abbas Qudərzi deyib.
O qeyd edib ki, müzakirələr Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və xarici işlər naziri Abbas Əraqçinin iştirakı ilə baş tutub.
Qudərzinin sözlərinə görə, görüşdə əvvəlki danışıqlar zamanı buraxılan səhvlərin təkrarlanmamasının vacibliyi vurğulanıb və İranın uranın sıfıra qədər zənginləşdirilməsini qəbul etməyəcəyi bildirilib.
"Parlament üzvləri danışıqların güc və təsir mövqeyindən aparılmalı olduğunu vurğulayıblar. Ölkənin nüvə sənayesinin qorunması diplomatik heyətin gündəliyində qaçılmaz bir "qırmızı xətt"ə çevrilməlidir, çünki bu sahə ölkənin gələcəyi üçün vacibdir", - deyə qeyd edib
Qudərzi həmçinin bildirib ki, danışıqların yeri və çərçivəsi tamamilə İran tərəfindən müəyyən edilir.