Yeni pilotsuz təyyarə Moskvada keçirilən “Army 2024” Rusiya silah sərgisində nümayiş olunub
İran 2000 kilometrə qədər uçuş məsafəsi olan “Mohajer-10” adlı təkmil pilotsuz təyyarəni nümayiş etdirib. AYNA xəbər verir ki, bu barədə “Tehran Times” məlumat yayıb.
Yeni pilotsuz təyyarə Moskvada keçirilən “Army 2024” Rusiya silah sərgisində təqdim edilib.
Qeyd edək ki, yeni dron haqqında ilk xəbərlər hələ 2023-cü ildə yayılmışdı. Ancaq bu il rəsmi olaraq təqdim edildi.
İran mətbuatının məlumatına görə, “Mohajer-10”un uçuş məsafəsi 2000 km, müddəti isə 24 saata qədərdir. Onun yükgötürmə qabiliyyəti 300 kq-a çata bilər ki, bu da “Mohajer-6”nın yükgötürmə qabiliyyətindən iki dəfə çoxdur.